Xəsarət alan şagirdə NİYƏ TƏCİLİ TİBBİ YARDIM çağırılmayıb? - VİDEO

Hadisə 7 Mart 2024 19:06 Oxunub 256
Xəsarət alan şagirdə NİYƏ TƏCİLİ TİBBİ YARDIM çağırılmayıb? - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Xaçmazın Əfqan Yəhyayev adına Çiləgir kənd tam orta məktəbinin 9-cu sinif şagirdi R.Yağmurov dərs zamanı xəsarət alıb. Belə ki, 8-ci sinif şagirdinin idman meydançasında təsadüfən atdığı daş R.Yağmurova dəyib. Nəticədə yeniyetmə üz nahiyəsindən ciddi xəsarətlər alıb.

Avtosfer.az xəbər verir ki, bu barədə Bizim.Media-ya şagirdin atası Məmməd Yağmurov müraciət edib.

Ata dərs zamanı baş verən hadisədə ciddi xəsarətlərlə üzləşən oğluna məktəb rəhbərliyi tərəfindən təcili tibbi yardım çağırılmamasından gileylənib.

Ata bildirib ki, oğlunun həm sinif rəhbəri, həm də məktəb direktoru olan Vüsalə Yusifli hadisənin baş verməsi ilə bağlı nə ona vaxtında məlumat verib, nə ilkin tibbi yardım göstərib, nə də təcili yardım çağırıb.

Məsələ ilə bağlı Əfqan Yəhyayev adına Çiləgir kənd tam orta məktəbin direktoru Vüsalə Yusifli ilə əlaqə yaratmağa çalışsaq da, cəhdlərimiz baş tutmayıb.

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin mətbuat katibi Gülər Hüseynova isə baş verən hadisədən xəbərdar olduqlarını və araşdırma getdiyini qeyd edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh