Xəstə ilə kobud rəftar edən nevropatoloqa TÖHMƏT VERİLDİ - VİDEO

Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Terapiya şöbəsinin həkim-nevropatoloqu Dürdanə Rauf qızı Səfərovanın müalicə alan xəstə ilə qeyri-peşəkar rəftarının görüntüləri yayılıb. Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.az-a daxil olan görüntülərdə həkimin peşə etikasından uzaqlaşaraq xəstəni təhqir və təhdid etməsi əks olunub. Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Terapiya şöbəsinin həkim-nevropatoloqu Dürdanə Rauf qızı Səfərova müalicə alan xəstə ilə yersiz mübahisələr aparıb və beləliklə, davranış qaydalarını pozmaqla vətəndaşın haqlı narazılığına səbəb olub.
Məlumatda qeyd olunub ki, D.Səfərova xəstə ilə münasibətləri düzgün qiymətləndirməyib və davranış qaydalarını pozub:
"D.Səfərova yazılı izahatında da xəstə ilə davranış qaydalarını pozduğunu dolayısı ilə təsdiq edib. Şirvan Şəhər Mərkəzi Xəstəxanasının direktoru Pərviz Rüstəmbəyovun əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "a" bəndinə uyğun olaraq Dürdanə Rauf qızı Səfərovaya etik davranış qaydalarını pozduğu üçün töhmət verilib".
Xocalıda yollar buz bağladı: Vətəndaşlar köməksiz vəziyyətdə qaldı - FOTO - VİDEO
Qanunsuz lizinq, yüksək faiz - "Avto Kredit" qanunları necə pozur? - FOTOLAR
Sarayda minik avtomobili yandı
Bu görüntülərdəki hər kəs öldü – VİDEO
Üç yaşlı uşağın barmaqları dəmir qapı arasında qaldı - VİDEO
İsrail qaynaqları: "Xəmneyinin cəsədi müəyyən olunub" - SON ANDA
Tehrana güclü raket zərbəsi; maşınlar havaya uçdu - VİDEO
Huşsuz vəziyyətdə olan sürücü yanan avtomobildən belə xilas edildi – ANBAAN VİDEO
Tələbələrin fotolarını yayan şəxsin barəsində cinayət işi başlanıldı - VİDEO
Azərbaycanda gün ərzində ikinci zəlzələ - FOTO
Bakıda görünməmiş hadisə: Yeni səki salınması NARAZILIĞA SƏBƏB OLDU - VİDEO









