Xəstəxana bağbanını maşın vuraraq öldürdü

Lənkəran Ağır Cinayətlər Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Abid Əsədovun (şərti) cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Avtosfer.az-ın Pravda.az-a istinadən məlumatına görə, hakim Esmira Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs haqqında seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz olunub. Abid Əsədov məhkəmə iclas zalında dərhal həbs edilib.
İttihama görə, hadisə 15 yanvar 2024-cü il tarixdə, saat 19:30 radələrində Mingəçevir-Bəhrəmtəpə yolunun Ağcabədi rayonu, Qaravəlli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, təqsirləndirilən Abid Əsədov idarə etdiyi “VAZ-21063” markalı avtomobillə hərəkətdə olarkən yolun kənarında dayanmış piyadaları və “Mercedes- Benz Actros” yük maşınını arxa sol hissədən vurub. Nəticədə Elşən Abdullayevlə Rəfael Kərimov dünyasını dəyişib.
Hadisədən sonra Abid Əsədov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Elşən Abdullayev Tərtər Rayon Mərkəzi Xəstəxanasında bağban kimi çalışıb. Hadisə günü xəstəxanadan onları oksigen balonları gətirmək üçün Ağcabədi rayonuna göndəriblərmiş.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












