Xəstəxanada qadını ölümcül hala saldılar: "Hanı o həkim, çıxsın ortaya" - VİDEO

Bakı sakini Rövşən Elşən oğlu Hacıyev "Baku TV"yə müraciət edərək anası Kifayət Akif qızı Hacıyevanın "Appro Hospital"da keçirdiyi əməliyyatdan sonra ağır vəziyyətə düşdüyünü bildirib. Avtosfer.az xəbər verir ki, onun sözlərinə görə, anası 10 sentyabr 2025-ci il tarixində həmin xəstəxanada neyrocərrahlar Nazim Verdiyev və Elşən Hüseynzadə tərəfindən əməliyyat olunub.
Rövşən Hacıyev iddia edir ki, əməliyyatdan sonra anasının vəziyyəti kəskin şəkildə pisləşib:
"Bir həftə ərzində 2800 manat dərmana pul vermişəm. Elşən Hüseynzadə ilə artıq yeddi aydır təqaüdə çıxmış Nazim Verdiyev anamı əməliyyat edib. Haradadır o həkimlər, çıxsınlar ortaya. Tibb bacısı mənə deyirdi ki, gündə 20 manat ver, sənin anana baxım. Verdiyim pullara baxmayaraq, nəticə bu oldu. Nazim Verdiyev öz maşınında məndən 3 min manat da alıb".
O qeyd edib ki, həkimlər əməliyyat zamanı anasının şah damarındakı şişi zədələyiblər, lakin bu barədə ailəyə məlumat verilməyib:
"Bir həftə ərzində anamı əməliyyat etdilər, amma şah damarındakı şişdən xəbər vermədilər. Əməliyyat zamanı həmin şişi kəsib zədələdilər. Xəstəxanaya gətiriləndən cəmi 2-3 gün sonra hər iki həkim ölkəni tərk etdi".
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Bakıda tanınmış fotoqrafa məxsus QARAJ YANDI - VİDEO - YENİLƏNİB
Yol kənarında əmisi oğlunu döydü - Məhkəmədə üzr istədi
Moskva-Bakı reysi ilə uçan təyyarə qəza enişi edib
Bayram tonqalına atılan benzin partlayışa səbəb oldu - 11 yaralı var - VİDEO
Bayram günü telefon dükanına girib oğurluq etdi – DİN-dən AÇIQLAMA - VİDEO
Polis əməliyyat keçirdi - 41 nəfər saxlanıldı
Neftçalada 15 və 17 yaşlı iki qardaşın faciəli şəkildə ölümünün TƏFƏRRÜATI - VİDEO
Ağır qəzada həlak olan qardaşların - FOTOLARI
Çak Norris vəfat edib
Bakıda mühafizəçinin şlaqbaum "oyunu" - Sakinlərin haqlı narazılığı - VİDEO
Şlaqbaumu qırıb mühafizəçini döyən SÜRÜCÜ SAXLANILDI - VİDEO










