Xətai rayonunda sahibsiz itlər sakinlərə TƏHLÜKƏ YARADIR - VİDEO

Bakının Xətai rayonu, "Sevgi Parkı" deyilən ərazisində sahibsiz itlərin yaratdığı təhlükə yerli sakinlərin ciddi narahatlığına səbəb olub.
Avtosfer.az "Baku.ws"ə istinadən xəbər verir ki, "qaynar xətti"nə daxil olan məlumata əsasən, park və ətraf ərazilərdə 7-8 başdan ibarət it sürüsü mütəmadi olaraq dolaşır və bir neçə dəfə uşaqlara və böyüklərə hücum edib.
Sakinlər bildirir ki, dəfələrlə şikayət etsələr də, məsələyə heç bir qurum tərəfindən ciddi reaksiya verilməyib. Nəticədə park və ətrafında yaşayan insanlar əraziyə yaxınlaşmaqda çəkinirlər.
Şikayətçilərin sözlərinə görə, sahibsiz itlər əsasən "Sevgi Parkı"nın içində, Bakı Əyləncə Mərkəzinin yaxınlığında yerləşən, sökülən Eliza Plazanın həyətində və ətrafında görünür. Həmçinin sökülən köhnə gecəqonduların yerində salınacaq park ərazisində də bu heyvanlara rast gəlinir.
Sakinlər məsələ ilə bağlı aidiyyəti qurumlardan təhlükənin aradan qaldırılması istəyirlər.
Xaçmazda maşın piyadanı vuraraq ÖLDÜRDÜ
Xəzər dənizində ZƏLZƏLƏ oldu - FOTO
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxladı - VİDEO
Yola baxmadan qaçan gənc az qala maşının altında qalacaqdı - ANBAAN VİDEO
Şəhərin mərkəzində “Mercedes” əks istiqamətdən gələn skuterlə toqquşdu - VİDEO
Bakıda hərəkətdə olan avtomobildə yanğın baş verdi - ANBAAN VİDEO
Azərbaycanda iş adamı faciəvi şəkildə öldü
Qanunsuz onlayn kazino oyunlarına qarşı əməliyyat - Saxlanılanlar var - VİDEO
Xəzərdə gün ərzində ikinci zəlzələ oldu - FOTO - YENİLƏNİB
Bakıda maşın piyadanı vurub öldürdü
Salyanda dörd yaşlı uşaq faciəli şəkildə ÖLDÜ - VİDEO










