Xətaidə sakinlərin əkib, qulluq etdiyi ağaclar idarə əməkdaşları tərəfindən kəsilib - VİDEO
Hadisə
9 Fevral 2022 21:56
Oxunub 1796
Paytaxtın Xətai rayonu, Gəncə prospekti 27 ünvanında ağaclar Mənzil İstismar İdarəsinin əməkdaşları tərəfindən kəsilir.
Avtosfer.az-ın məlumatına görə, məsələ ilə bağlı sakinlər narazılıqlarını bildirərək həmin ağacların yerində yeni çoxmərtəbəli bina tikiləcəyini deyiblər. Həmin ərazidə yaşayan Samir Mehdiyev kəsilən ağacların sakinlər tərəfindən əkilib, böyüdüldüyünü deyib. Xətai rayonunun İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov məsələ ilə bağlı konkret heç bir məlumatlarının olmadığını deyib.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR