Xətaidə dövlət qurumunun avtomobili hasarı uçurdu - Dəymiş ziyanı kim ödəyəcək? - VİDEO

Xətai rayonu, Zeytunluq küçəsində kanalizasiya kollektorunun təmiri zamanı vətəndaşa maddi ziyan dəyib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı videogörüntü paylaşılıb.
Bildirilib ki, təmir işləri aparan şirkətə məxsus yük maşını idarəetmədən çıxaraq hasara çırpılıb və nəticədə hasar uçub, vətəndaşa dəyən zərər isə qarşılanmayıb.
Ərazidə iş aparan İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən fakt təsdiqlənib.
Qeyd olunub ki, xidmətə məxsus "Ford" markalı avtomobilin qəza nəticəsində fərdi yaşayış evinin həyətyanı sahəsinin hasarının aşması hadisəsi ilə bağlı müvafiq qurum araşdırma aparıb.
"Vəziyyətə dair ilkin nəticələr məlumdur. Bununla bağlı avtomobilin sığorta olunduğu şirkətin nümayəndəsi ilə əlaqə saxlanılıb. Hazırda dəymiş ziyanın ödənilməsi istiqamətində sənədləşdirmə işləri aparılır", - deyə məlumatda bildirilir.
Masazırda küçənin girişinə maneə quraşdırıldı, təcili yardım keçə bilmədi - VİDEO
“Dongfeng” qəzaya düşüb alışdı, gizli qapı tutacaqları faciəyə səbəb oldu - VİDEO
Zabrat–Maştağa yolunda dərin çuxur sürücülərə ziyan vurur - ŞİKAYƏT - VİDEO
Restorana od vurub, qapıları kilidlədi... - Bakıda dəhşətli yanğın - VİDEO
Keçidi görüş yerinə çevirən piyadalar hərəkəti ləngitdi - VİDEO
Bibiheybət məscidinin yaxınlığındakı yolda TƏHLÜKƏ - Maşına ziyan dəydi - VİDEO
Oğurladığı pulla bazarlıq edən cibgir kameraya düşdü; polis həbs etdi - VİDEO
Narkotikin təsiri altında yol polisini döydü - Həsənov həbs olundu - FOTO
Liseydə güllənənən müəllimin atası nələri danışdı? - VİDEO
Avtomobillərdən oğurluq edildi – Polis keçmiş məhkumu saxladı
Şəmkirdə baş verən cinayətin üstü açıldı: 69 yaşlı qadın qəsdən öldürülüb











