Şüvəlanda səkidə gedən piyadanı maşın vurdu

Hadisə 2 İyul 2024 09:25 Oxunub 242
Şüvəlanda səkidə gedən piyadanı maşın vurdu
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın məlumatına görə, hadisə paytaxtın Xəzər rayonu, Şüvəlan qəsəbəsində qeydə alınıb. 

Belə ki, Salmanov Ramiz Çingiz oğlu etibarnamə əsasında idarə etdiyi “VAZ 2106” markalı, 10-GK-901 dövlət qeydiyyat nişanlı avtomaşınla səki ilə piyada hərəkət edən, 1962-ci il təvəllüdlü Muradov Əhməd Arif oğlunu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən Sabunçu Tibb Mərkəzində ölüb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh