Xətaidə yaşıllığı məhv edib yerinə bina tikirlər? - İDDİA - AÇIQLAMA - FOTO

Hadisə 15 Noyabr 2023 14:51 Oxunub 614
Xətaidə yaşıllığı məhv edib yerinə bina tikirlər? - İDDİA - AÇIQLAMA   - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Xətai rayonu “Həzi Aslanov” metrostansiyası yaxınlığında yaşıllıq zonası məhv edilib.
Yaranmış vəziyyətlə bağlı vətəndaş Avtosfer.az-a müraciət edib. Şikayətçinin iddiasına görə, “Kvadratlar” adlanan ərazinin sonunda salınmış park yeri istismara məruz qalıb. Belə ki, tikinti şirkətinin əməkdaşları axşam saatlarında qeyd olunan əraziyə gələrək ağaclara kütləvi şəkildə ziyan vurublar. Onlar bina tikmək məqsədilə dövlət tərəfindən yüksək məbləğdə alınaraq əkilən şam ağaclarının bir hissəsini kökündən çıxarıblar. Nəticədə park ərazisi məhv edilərək fotoşəkildə görünən xoşagəlməz mənzərəyə çevrilib.

Dövlər Ekoloji Ekspertiza Agentliyinin mətbuat katibi Elnur Ağayev bildirib ki, Agentliyə sözügedən ərazidə yaşıllıqların götürülməsinə dair hər hansı müraciət daxil olmayıb.

Nərmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh