Xəyanətdə ittiham olunan Fidanın ekspertiza rəyi açıqlandı - VİDEO

Dövlətə xəyanətdə ittiham olunan 21 yaşlı Fidan Əliyevanın psixoloji vəziyyəti ilə bağlı ekspertiza keçirilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, ekspertiza keçirilməsini xanım müttəhimin vəkili istəyib.
Vəkil iddia edib ki, Fidanın psixi problemləri var, anlaqsızdır. Vəsatətə prokuror da etiraz etməyib. İttihamçı deyib ki, həkim rəyini bilmək onlar üçün də maraqlıdır.
Məhkəmə tərəflərin təklifi ilə razılaşıb, vəsatəti təmin edib.
Bir neçə gün əvvəl isə ekspertiza rəyinin nəticəsi məlum olub, rəsmi şəkildə məhkəməyə təqdim edilib.
Amma ekspertiza rəyi təqsirləndirilən şəxsin anlaqsız olmasını təsdiq etməyib. Rəydə qeyd olunub ki, Fidan Əliyevanın psixoloji vəziyyəti normaldır.
Artıq məhkəmə istintaqı yekunlaşmaq üzrədir. Növbəti iclasların birində prokuror ittiham nitqi ilə çıxış edəcək.
F.Əliyevaya Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham verilib. Bu maddənin sanksiya həddi ömürlük azadlıqdan məhrum etməyə qədərdir. Amma qanuna görə, Azərbaycanda qadınlar ömürlük məhkum edilə bilməzlər.
Qeyd edək ki, F.Əliyeva Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində aksiyada iştirak edən zaman Ermənistan xüsusi xidmət orqanının əməkdaşına Azərbaycan haqqında məlumatlar ötürməkdə ittiham olunur. Hadisə 2022-ci ildə baş verib. Onun həbsindən sonra düşmənə göndərdiyi səsyazıları və videoları yayılıb.
Oğurladığı bahalı velosipedi mağazadan çıxan kimi 460 manata satdı - VİDEO
Əvvəl şlaqbaumu qırdı, sonra yaşlı mühafizəçini döydü - Bakıda HADİSƏ - VİDEO
Kiberdələduzluq edən haker dəstə tutuldu - Bank səhifələrinin oxşarını yaradırmışlar - VİDEO
Avtoyuma məntəqəsindən maşın OĞURLANDI
Qubada ər arvadını qətlə yetirdi - Sonra özünü asdı - YENİLƏNİB
Yolu kor-koranə keçən qadın qəzadan son anda xilas oldu - VİDEO
Prospektdə gənc oğlan skuterlə əks yola çıxıb təhlükə saçdı - VİDEO
Sürücüdən MƏSULİYYƏTSİZ ADDIM: Yola beton tökdü - ANBAAN VİDEO
Xaçmazda maşın piyadanı vuraraq ÖLDÜRDÜ
Xəzər dənizində ZƏLZƏLƏ oldu - FOTO
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxladı - VİDEO










