Xeyir iş dava ilə bitdi - Oğlanı polisə verdilər

Goranboy rayonunda elçilik mərasimi zamanı tərəflər arasında münaqişə baş verib.
Avtosfer.az xəbər verir ki, hadisə rayonun kəndlərindən birində qeydə alınıb.
Belə ki, rayon sakini 2004-cü il təvəllüdlü M.Həsənli (şərti) yaxınlarını elçilik məqsədilə həmin kənddə yaşayan Gəncə Dövlət Universitetinin tələbəsi N.Nemətovanın yaşadığı evə aparıb. Lakin mərasim zamanı oğlanın atası ilə qızın atası arasında münaqişə baş verib. Belə ki, qızın atasının qarşı tərəfə rədd cavabı verməsindən sonra narazılıq yaranıb. Dava-dalaş zamanı yaranan səs-küyə qonşular gələrək tərəfləri ayırıblar.
Hadisədən sonra qız tərəfi M.Həsənli barəsində polisə şikayət edib. Onlar dava-dalaş zamanı elçiliyə gəlmiş oğlanın söyüş söyərək ailəni təhqir etdiyini bildiriblər. Həmçinin qızın atası M.Həsənlinin 1 ilə yaxındır övladını narahat etdiyini, dərsə gedib- gələrkən qarşısını kəsərək evlilik təklif etdiyini deyib.
Barəsində inzibati xətaya dair (xırda xuliqanlıq) protokol tərtib edilən 21 yaşlı oğlan məhkəməyə göndərilib. Lakin Goranboy Rayon Məhkəməsi onun əməlində hər hansı xəta olmaması qərarına gələrək protokolla bağlı icraata xitam verib.(qafqazinfo)
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












