Xəzər Universitetində tələbə bıçaqlandı - VİDEO - YENİLƏNİB

Xəzər Universitetində tələbələr arasında dava düşüb.
Avtosfer.az Modern.az-a istinadən xəbər verir ki, tələbələrdən biri digərini bıçaqlayıb.
Hadisə yerinə təcili yardım qrupu və polis əməkdaşları cəlb edilib.
Yaralı tələbənin xəstəxanaya yerləşdirildiyi bildirilir.
Hadisə ilə bağlı DİN-in Mətbuat xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib ki, mayın 29-da Nizami rayonu ərazisində 20 yaşlı şəxsə kəsici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.
“Əməli törətməkdə şübhəli bilinən həmyaşıdı F.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır”.
***
Məsələ ilə bağlı TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, bu gün saat 11:30 radələrində Nizami rayonu, Xəzər Universitetindən təcili tibbi yardım xidmətinə çağırış daxil olub:
“Ünvana təcili tibbi yardım briqadası cəlb edilib. Təcili tibbi yardım briqadası tərəfindən 2005-ci il təvəllüdlü şəxsə (kişi cinsli) yerində ilkin tibbi yardım göstərilib və Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.
Bel nahiyəsinin deşilmiş yarası, sol bazunun kəsilmiş yarası diaqnozuları təyin edilən şəxsə zəruri tibbi yardımlar göstərilib və Əməliyyat blokuna alınıb. Hazırda pasiyent üzərində cərrahi əməliyyat aparılır, vəziyyəti ağır qiymətləndirilir”.
***
Bakıda Xəzər Universitetində tələbənin bıçaqlanmasının təfərrüatı məlum olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə bu gün günün birinci yarısında universitetin həyətində baş verib.
Belə ki, 2005-ci il təvəllüdlü M.Vəlizadə 2005-ci il təvəllüdlü qrup yoldaşı F.Əliyevlə iki gün əvvəl dərs zamanı mübahisə edib. Dərsdən sonra hər iki tələbə universitetin həyətinə çıxıb və mübahisəni həyətdə davam etdirib. Tələbə yoldaşları onları sakitləşdirsələr də, gənclər telefon vasitəsilə yenidən mübahisə ediblər.
Bu gün səhər saatlarında universitetin həyətinə gələn F. Əliyev dərsə girməyib, M.Vəlizadəni gözləyib. M.Vəlizadə universitetin həyətinə daxil olarkən F.Əliyev özü ilə gətirdiyi bıçaqla ona iki zərbə endirib.
Yaralı tələbə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib və hazırda əməliyyat olunur.
F.Əliyev hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












