Xəzərdə baş vermiş dəhşətli qəza ilə bağlı DİN-dən açıqlama - VİDEO

Hadisə 18 İyun 2024 13:06 Oxunub 288
Xəzərdə baş vermiş dəhşətli qəza ilə bağlı DİN-dən açıqlama - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Buzovna-Maştağa şosesində baş vermiş qəza ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

DİN-in Mətbuat Xidmətindən Avtosfer.az-a bildirilib ki, iyunun 16-da saat 10 radələrində paytaxtın Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində Bakı şəhər sakini Məmmədşah Zeynalov idarə etdiyi “BMW” markalı avtomobili yolun kənarında dayanmış “Mercedes”, “Chevrolet” və “VAZ-2106” markalı avtomobillərə vurub. 
Nəticədə sürücü və 2-si azyaşlı olmaqla 3 sərnişini xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh