Xilasedicilər uşağa belə kömək etdi - VİDEO

Hadisə 9 İyul 2023 16:20 Oxunub 1058
Xilasedicilər uşağa belə kömək etdi   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda azyaşlının barmağında sıxışan dəmir halqa çıxarılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər uşağın barmağında dəmir halqanın sıxışması səbəbindən köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. 

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Təcili tibbi yardım briqadasının iştirakı ilə həyata keçirilən xilasetmə tədbirləri nəticəsində halqanın müvafiq qaydada çıxarılması təmin edilib.

Əməliyyat görüntülərini təqdim edirik:

ŞƏRH YAZ
Ad

E-mail

Şərh