Xidmətdə olarkən alma yeyən əsgəri vuran gizir cəzalandırıldı

Xidmətdə olarkən alma yeyən əsgəri vuran gizirə cəza verilib. Əsgər həmin vaxt gün növbətçisi imiş. Avtosfer.az "Musavat.com"a istinadən xəbər verir ki, hadisə Qusarda yerləşən hərbi hissələrdən birində baş verib. Hadisə baş verən gün gizir əsgər yataqxanasına daxil olub, bölüyün gün növbətçisinin dayanması üçün nəzərdə tutulan yerdə olan dolabın rəfini çəkdikdə orada çay paketləri və alma qabıqlarını görüb. Bu səbəbdən bölük növbətçisi olan əsgərə əsəbiləşib. Əsgəri yanına çağıran gizir onun dizinə və başına zərbə vurub. Bu hərəkətinə görə məsuliyyətə cəlb edilən gizir əməlindən peşman olduğunu, əsgərlə barışdığını bildirib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə gizir törətdiyi əmələ görə təqsirli bilinib. Aylıq pul təminatından dövlət nəfinə 10% məbləğində pul tutulmaqla səkkiz ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












