Xırdalan ərazisində sursat aşkar edilib - FOTO + VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində sursat aşkar edilməsi barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən Avtosfer.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 1 ədəd F-1 əl qumbarası, 1 ədəd M-75 əl qumbarası, 2 ədəd UZRQM partladıcısı, 668 ədəd 7.62x39mm-lik mərmi olduğu müəyyən edilib.
Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
Kamran Əsədov məhkəmə zalında həbs olundu - QƏRAR
Sürücünün önünə qəfil çıxan piyada az qala maşının altında qalacaqdı - REAL VİDEO
"BakuBus"ın 6 nömrəli marşrutu ilə bağlı NARAZILIQ: "Yarım saat gözləməli oluruq"
“Lexus”un şüşəsini sındırıb pul və sənədləri oğurladı
Bəylər Əyyubovun qardaşı oğlunun işi üzrə daha 2 nəfər həbs edildi
“Range Rover” və “Hyundai”dən oğurluq edən şübhəli tutuldu
Metrodakı yanğından sağ çıxmışdı, bu dəfə evində öldü
Qızıl daşıyan maşın aşdı; 8 kiloqram qızıl axtarılır - FOTO
YDM-də huşunu itirən kişi soyğunçuluğa məruz qaldı: Pulu və telefonu oğurlandı - FOTOLAR
DİN əməliyyat keçirib, 46 kq marixuana aşkarlanıb - FOTO - VİDEO
Sərxoş halda qəza törətdi, ayıq sürücü və qohumu öldü, özü həbs edildi














