Xırdalanda 15 şagird bir məktəblini döyüb? - Məktəbdən açıqlama - VİDEO

Sosial şəbəkələrdə Xırdalan şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbində insident baş verdiyi haqda məlumatlar yayılıb. İddialarda hadisə zamanı 15 şagirdin 1 məktəblini döydüyü bildirilib. Səbəb kimi isə o şagirdin dərsə hazır gəlməsi, müəllimin verdiyi tapşırıqdan əla qiymət alması olduğu göstərilib.
Avtosfer.az xəbər verir ki, bu barədə Xırdalan şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, məlumatlar həqiqəti əks etdirmir.
Qeyd edilib ki, sosial şəbəkələrdə yayılan görüntülərdə əks olunan ərazi Xırdalan şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbinin ərazisi deyil: “Hadisə təhsil müəssisəsində tədris prosesinin aparılmadığı vaxtda baş verib. Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Uşaqların yeniyetməlik dövründə olduğunu nəzərə alaraq ictimaiyyətdən bu mövzuda həssas davranmalarını, sosial şəbəkələrdə yayılan təsdiqlənməmiş məlumatlara deyil, yalnız rəsmi qurumların açıqlamalarına istinad etmələrini xahiş edirik”.
“Vüsal Şilderin qardaşını da öldürmək istəyirdilər“ - Qətli hansı məmur sifariş edib?
Vüsal Şilderin qətlinin sifarişçisinin FOTOsu
Motosiklet sürücüsü sərnişinin saçını dartdı; ölümdən son anda xilas oldular – ANBAAN VİDEO
Neft Daşlarının yaxınlığında balıqçı batdı: Helikopter cəlb olundu - VİDEO
İsmayıllıda taksi sürücüsünə qarşı quldurluq - Şübhəlilər Bakıda tutuldular
Avtobusun önündən yola atılan gənc qız faciədən son anda qurtuldu - VİDEO
Minaya düşərək həlak olan ANAMA əməkdaşının FOTOsu - YENİLƏNİB
İnsan alverində təqsirləndirilən qadınlar həbs olundu - VİDEO
Avtomobil dayanacağında dava - Borc verən döyüldü
Həyat yoldaşını və oğlunu vurub öldürən sürücünü bağışladı – Hakim 5 il verdi
Gömrükdən 280 milyonluq nəqliyyat vasitəsi keçirmək istənildi; qurum hərəkətə keçdi - RƏSMİ








