Xırdalanda baş verən dəhşətli qətl hadisəsinin TƏFƏRRÜATI + VİDEO

Hadisə 29 Aprel 2024 21:09 Oxunub 206
Xırdalanda baş verən dəhşətli qətl hadisəsinin TƏFƏRRÜATI + VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Abşeron rayonunun Xırdalan şəhəri, Nəsibə Zeynalova küçəsində qətl hadisəsi baş verib.

48 yaşlı Sevinc Əhmədağayevanın 50 yaşlı həyat yoldaşı Laçın Əhmədağayev tərəfindən öldürüldüyü bildirilib.

Mərhumun qonşusunun sözlərinə görə, cütlük arasında indiyədək heç bir söz-söhbət olmayıb:

“Laçının arvadını qətlə yetirməsini eşidəndə şoka düşdüm. Beş ilə yaxındır burada olurlar, heç vaxt mübahisə etdiklərini görməmişəm. Çox sakit gəlin idi. Yoldaşı da pis deyildi”.

Qeyd edək ki, faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi başlanılıb. Laçın Əhmədağayev şübhəli şəxs qismində tutulub.

Ətraflı Baku TV-nin süjetində:

ŞƏRH YAZ
Ad

E-mail

Şərh