Xırdalanda binanın dam örtüyü qoparaq “07”nin üzərinə düşdü - VİDEO

Hadisə 30 Dekabr 2023 18:00 Oxunub 990
Xırdalanda binanın dam örtüyü qoparaq “07”nin üzərinə düşdü   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Abşeron rayonun Xırdalan şəhərində güclü külək avtomobilə maddi ziyan vurub.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl Gənclər şəhərciyində qeydə alınıb. Videodan göründüyü kimi, hündürmərtəbəli binanın dam örtüyü uçaraq ərazidə park edilmiş 90-XN-147 dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtomobilə ziyan vurub. Belə ki, uçan damın qırıntıları avtomobilin üzərinə və kənarına düşərək onun müxtəlif hissələrini əzib. Həmçinin metal konstruksiyanın böyük qismi yolun işlək hissəsinə düşüb. Xoşbəxtlikdən hadisə zamanı ərazidə insan olmayıb. 

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh