Xırdalanda çoxmərtəbəli binada təhlükəli vəziyyətlə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO - YENİLƏNİB

Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində "Çinar AN" MTK tərəfindən 2015-2018-ci illərdə inşa edilmiş 16 mərtəbəli yaşayış binasının A blokunun 16-cı mərtəbəsində betonun ovulması ilə bağlı daxil olmuş məlumata əsasən FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Baş Dövlət Tikinti Müfəttişliyinin və S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutunun mütəxəssisləri tərəfindən bina sakinlərinin iştirakı ilə qeyd olunan ünvana baxış keçirilib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Baxış zamanı A blokunun 16-cı mərtəbəsində yerləşən 104 saylı 3 otaqlı mənzilin təqribən 15m2 tavan və rigelin bir hissəsi olmaqla (beton pompasının işini asanlaşdırmaq məqsədilə sement-qum məhlulunun tökülməsi nəticəsində) betonun ovulması faktı müəyyən edilib.
Mənzilin digər təmirsiz otaqlarının yerində Şimit çəkici ilə yoxlanması nəticəsində betonun möhkəmliyinin ekspertizadan keçmiş layihəyə uyğun olduğu müəyyən edilib.
Sakinlərin iştirakı ilə binanın digər mərtəbələrindəki təmirsiz mənzillərdə (14-cü mərtəbədə mənzil 86, 90 və 3-cü mərtəbədə mənzil 9) yerində yoxlama aparılıb. Binanın qeyd olunan hissələrində yerləşən konstruktiv elementlərdə betonun möhkəmliyinin ekspertizadan keçmiş layihəyə uyğun olduğu müəyyən edilib.
Aparılmış yoxlama nəticəsində binanın ümumi dayanıqlılığına təsir edən hallar müəyyən edilməyib.
***
Sosial şəbəkədə yayılan görüntülər ev alarkən diqqətli olmağı gündəmə gətirib.
Avtosfer.az bildirir ki, Xırdalanda yerləşən çoxmərtəbəli yaşayış binasının 16-cı mərtəbəsində binanın dayaqları ovulur və toz kimi yerə tökülüb.
Qeyd edək ki, bina 2015-ci ildə inşa olunub. Binanın sahibi isə dələduzluq əməlinə görə həbs olunub, hazırda isə binaya nəzarət edən şəxs yoxdur.
Üzr istəməyən dostunu öldürdü, qaçanda maşın vurdu - BAKIDA FİLM KİMİ CİNAYƏT
Sərxoş halda 102-yə zəng edib qiymətdən danışdı, həbs olundu
Polis əməliyyat keçirdi - 126 nəfər saxlanıldı
Bakıda yük maşını təhlükə yaratdı - VİDEO
Şəhidlər məscidi yaxınlığında təhlükə: 20 gündür aşmış ağac götürülmür - FOTOLAR
FHN əməkdaşlarının hadisədən bir neçə dəqiqə əvvəl çəkilmiş görüntüsü - VİDEO
Çalışdığı avtoyuma məntəqəsindən maşın qaçıran şəxs saxlanıldı
FHN əməkdaşının öldüyü hadisə ilə bağlı rəsmi AÇIQLAMA - FOTO - YENİLƏNİB
Bakıda “Ford" yanıb - VİDEO
Hicab bağlayıb marketi talayan qaraçı qadınlar SAXLANILDI - VİDEO
Bir marketdən oğurlayıb başqasına satdı - Polis saxladı











