Xırdalanda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib, sakinlər təxliyə edilib - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xırdalan şəhərində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən Avtosfer.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının iyirmibirmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yerləşən mənzildə baş verdiyi müəyyən edilib.
FHN qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 110 kv.m olan üçotaqlı mənzilin zalı 20 kv.m sahədə yanıb.
Digər otaqlar və qonşu mənzillər yanğından mühafizə edilib.
FHN qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.
Motosikleti səkiyə çırpıb ölən sürücü birinci kurs tələbəsi olub
Balları və cərimələri sistemdən “silən” DƏLƏDUZ PEYDA OLUB - DİQQƏT
Üzr istəməyən dostunu öldürdü, qaçanda maşın vurdu - BAKIDA FİLM KİMİ CİNAYƏT
Sərxoş halda 102-yə zəng edib qiymətdən danışdı, həbs olundu
Polis əməliyyat keçirdi - 126 nəfər saxlanıldı
Bakıda yük maşını təhlükə yaratdı - VİDEO
Şəhidlər məscidi yaxınlığında təhlükə: 20 gündür aşmış ağac götürülmür - FOTOLAR
FHN əməkdaşlarının hadisədən bir neçə dəqiqə əvvəl çəkilmiş görüntüsü - VİDEO
Çalışdığı avtoyuma məntəqəsindən maşın qaçıran şəxs saxlanıldı
FHN əməkdaşının öldüyü hadisə ilə bağlı rəsmi AÇIQLAMA - FOTO - YENİLƏNİB
Bakıda “Ford" yanıb - VİDEO








