Xırdalanda evdə baş verən yanğın söndürüldü - YENİLƏNİB
Hadisə
25 Noyabr 2025 13:23
Oxunub 180

Abşeron rayonu, Xırdalan şəhərində fərdi yaşayış evində baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Avtosfer.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.
***
Xırdalanda ev yanır.
Bu barədə Avtosfer.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində fərdi yaşayış evində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.
Əlavə məlumat veriləcək.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR














