Xırdalanda kafedə icarə haqqı DAVASININ TƏFƏRRÜATI - VİDEO

Abşeron rayonunda 1977-ci il təvəllüdlü Fuad şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı Akifə xəsarət yetirib.
Avtosfer.az Demokrat.az-a istinadən məlumat verir ki, hadisə Abşeron rayonu, Xırdalan dəmir yolu stansiyasının ərazisindəki "Ağ göl" kafesində baş verib.
Fuad kafenin ümumi müştərilər üçün nəzərdə tutulmuş zalında tanışı Akif ilə həmin kafenin aylıq icarə haqqının ödənişi ilə əlaqədar aralarında yaranmış münaqişə zəminində onun bədəninin müxtəlif nahiyələrinə yumruq zərbələri endirib və ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Hadisəni törədən Fuad barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fuad ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, 2023-cü ilin yanvar ayında Abşeron rayonu, Xırdalan şəhəri, Xırdalan dəmir yolu stansiyasının ərazisində yerləşən "Ağ göl" adlı kafeni müqavilə əsasında icarəyə götürərək işlədib: "2023-cü ilin fevral ayında kafeni tanışım Füzulinin qohumu olan Akifə 600 manat müqabilində icarəyə verdim. Hər ay 600 manat olmaqla Akif mənə icarə haqqını ödədi. İyul və avqust aylarının icarə haqqını ödəmədiyinə görə dəfələrlə Akifə kafeni təhvil verməsini bildirdim. Lakin Akif kafenin icarə haqqını ödəməkdən yayınmaqla yanaşı kafeni təhvil vermək istəmədi".
Təqsirləndirilən şəxs qeyd edib ki, kafenin şüşəsi qırıq olduğundan 27 avqust 2023-cü ildə, təxminən saat 11:00-da kafenin şüşəsini yenisi ilə əvəz etmək üçün oraya gəlib: "Bu zaman Akif kafeyə gələrək əsəbi halda məni kafenin zalına çağırdı. Qapını arxadan bağlayaraq boynumdan tutub sifətimin sol nahiyəsinə dəfələrlə yumruqla vurmağa başladı. Mən Akifi itələyib kafenin arxa qapısından çölə çıxdım və məntəqəyə tərəf getdim. Həmin vaxt məntəqədə heç kim olmayıb. Geri qayıdanda Akiflə polis əməkdaşının məntəqəyə gəldiklərini gördüm. Polis əməkdaşları bizi şöbəyə apardı. Bədənimdə aşkar olunmuş xəsarətlər mənə Akif tərəfindən yetirilib. Ola bilsin ki, dava-dalaş əsnasında özümü müdafiə edərkən Akifi vurmuşam, ona xəsarət yetirmişəm. Hadisə zamanı kafedə başqa şəxslər olmayıb. Dava-dalaş təxminən 1-2 dəqiqə davam edib".
İş üzrə zərərçəkmiş qismində ifadə verən Akifin sözlərinə görə, 2023-cü ilin fevral ayında dayısı oğlu Füzuli Musayevin tanışı olan Fuad adlı şəxsdən Xırdalan dəmir yolu stansiyasının ərazisində yerləşən "Ağ göl" adlı kafeni aylıq 600 manat müqabilində icarəyə götürüb və 2023-cü ilin fevral ayının əvvəlində 1 illik 7 200 manat pulu, yəni icarə haqqını Fuadın qardaşı Fəxrəddinə verib: "May ayında Fuad mənə icarə haqqını 1 000 manata qaldıracağını bildirdikdə Fuada alver olmadığına görə 1 000 manatı ödəyə bilməyəcəyimi bildirdim. Avqustun 27-də, təxminən saat 11:00-da həmin kafeyə gələn zaman Fuadın kafedə olduğunu gördüm. Fuad məni kafedən qovmaq istədiyinə görə aramızda mübahisə yarandı. Mübahisə zamanı Fuadla əlbəyaxa oldum. Fuad yumruq-təpiklə mənim bədənimin müxtəlif nahiyələrinə, mən də öz növbəmdə yumruq-təpiklə Fuadın bədəninin müxtəlif nahiyələrinə vurdum".
Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Fuad aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilib.
Həmin görüntüləri təqdim edirik:
Bütün kəndi ayağa qaldıran hadisə: gecə yarısı traktorlarla axtarışa çıxdılar - VİDEO
Təcili yardım xəstə azyaşlını yolda düşürüb getdi, köməyə yol polisləri gəldi - VİDEO
Dərnəgüldə obyekt yanır; polis əraziyə cəlb olundu - FOTO
Bakıda metronun yanında “Prado” yanıb kül oldu - VİDEO
Bakıda musiqiçi faciəli şəkildə həlak oldu - FOTOLAR
Qara tab gətirməyən ağac aşdı - Avtomobil yolu bağlandı - VİDEO
Qazaxda evin talvarı uçdu - İki avtomobilə ziyan dəydi - FOTOLAR
Bakıda "Audi" yolda yaranan çuxura düşdü - İki təkəri partladı - VİDEO
Sərnişin avtobus sürücüsünü döyüb
Bakının mərkəzində yanğın oldu; polis belə müdaxilə etdi - VİDEO
Qatar gələn zaman yolu keçən şəxs həyatını təhlükəyə atdı - ANBAAN VİDEO











