Xırdalanda kütləvi dava - VİDEO

Hadisə 27 İyun 2024 18:45 Oxunub 516
Xırdalanda kütləvi dava - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Sosial şəbəkələrdə Abşeron rayonu Xırdalan şəhəri Heydər Əliyev prospektində yerləşən yaşayış komplekslərindən birinin həyətində kütləvi davanı əks etdirən görüntülər yayılıb.

Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, görüntüləri paylaşan jurnalist Arifə Əliyeva münaqişənin avtomobildə yüksək tonda musiqi səsləndirən şəxslərlə mühafizəçilər arasında baş verdiyini bildirib. O qeyd edib ki, dava sonradan daha da kütləviləşib.

DİN Mətbuat xidmətinin əməkdaşı Elbrus İbrahimov sorğumuza cavab olaraq bildirib ki, tərəflər arasında mübahisəni əks etdirən görüntülərlə bağlı araşdırma aparılır: 

“Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh