Xırdalanda məhəllələri su basdı - RƏSMİ AÇIQLAMA VİDEO

Abşeron rayonuna müşahidə olunan yağışlı hava şəraiti Xırdalan şəhərində böyük çətinliklər yaradıb.
Avtosfer.az xəbər verir ki, bu bu barədə "Baku.Ws"- in qaynar xətti"nə məlumat daxil olub.
Yerli sakinlərdən birinin atdığı görüntüdən məlum olur ki, Xıradalanda Mehdi Hüseynzadə küçəsi və 26-cı məhəlləni su basıb.
Mövcud vəziyyət ərazidəki kanalizasiya sisteminin bərbad vəziyyətdə olmasını ortaya qoyub.
Məsələ ilə bağlı Avtosfer.az-a açıqlama verən “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı bildirib ki, subasmanın səbəbi bu evlərin çökək ərazidə yerləşməsidir: “Sözügedən ərazidə kanalizasiya infrastrukturu mövcuddur. Sadəcə Sumqayıt-Bakı yolunun kənarıdakı bu ərazi Xırdalanın ən çökək nöqtəsidir. Bu səbəbdən Hökməli, Atyalı istiqamətindən və Xırdalanın özündə formalaşan yağış suları həmin istiqamətə yönəlir. Ona görə də intensiv yağıntılar zamanı mövcud kanalizasiya xətləri yağış sularını daşıya bilmir, nəticədə isə subasma halı yaranır. Qeyd edim ki, vaxtı ilə bu ərazilərin hamısı gölməçələrdən, göllərdən və qamışlıq ərazidən ibarət olub. Sonra həmin ərazilər torpaqla doldurulub, evlər tikilib".
Mətbuat katibi qeyd edib ki, əgər belə ərazilərdə evlər tikilməsəydi, indiki problem yaranmayacaqdı. Su ora yığılıb, torpağa hopacaqdı. Bu gün yaşanan ən böyük problemlərdən biri də məhz budur. Maklerlər gölləri, gölməçələri qurudub, üstündə ev tikirlər və sonra ortaya bu kimi problemlər çıxır.
Anar Cəbrayıllı əlavə edib ki, hazırda yağış kəsdiyi üçün ərazidə problemin böyük hissəsi həll olunub. Bir-iki saata orada su qalmayacaq, hamısı çəkilib gedəcək.
Şlaqbaumu qırıb mühafizəçini döyən SÜRÜCÜ SAXLANILDI - VİDEO
Oğurladığı bahalı velosipedi mağazadan çıxan kimi 460 manata satdı - VİDEO
Kiberdələduzluq edən haker dəstə tutuldu - Bank səhifələrinin oxşarını yaradırmışlar - VİDEO
Avtoyuma məntəqəsindən maşın OĞURLANDI
Qubada ər arvadını qətlə yetirdi - Sonra özünü asdı - YENİLƏNİB
Yolu kor-koranə keçən qadın qəzadan son anda xilas oldu - VİDEO
Prospektdə gənc oğlan skuterlə əks yola çıxıb təhlükə saçdı - VİDEO
Sürücüdən MƏSULİYYƏTSİZ ADDIM: Yola beton tökdü - ANBAAN VİDEO
Xaçmazda maşın piyadanı vuraraq ÖLDÜRDÜ
Xəzər dənizində ZƏLZƏLƏ oldu - FOTO
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxladı - VİDEO










