Xırdalanda qadına qarşı zorakılıq: Saçından tutub... - VİDEO

Hadisə 22 Aprel 2026 12:30
Xırdalanda qadına qarşı zorakılıq: Saçından tutub...   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Abşeron rayonu, Xırdalan şəhərində qadına qarşı zorakılıq faktı qeydə alınıb.

Avtosfer.az-ın məlumatına görə, hadisə aprelin 21-də səhər saatlarında baş verib. Belə ki, orta yaşlı kişi ilə qadın arasında yaranan mübahisə zamanı kişi qadına qarşı fiziki zor tətbiq edib. Hadisə ərazidə yaşayan sakinlərdən biri tərəfindən lentə alınıb.

Görüntülərdən aydın olur ki, kişi əvvəlcə qadına yüksək səslə qışqırır, daha sonra ona zərbə endirir. Ardınca qadının saçından tutaraq onu dartır və aqressiv davranışlarını davam etdirir.

Məsələ sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Sakinlərin iddiasına görə, hadisədə iştirak edən şəxslər AAAF Park yaşayış kompleksində yaşayırlar. Bildirilir ki, onlar arasında tez-tez münaqişələr yaşanır və yaranan səs-küy bina sakinlərində narahatlıq yaradır.

Nərmin

Oxunub : 574
ŞƏRH YAZ
Ad

E-mail

Şərh