Banner

Xırdalanda qayda pozan yaşlı kişini maşın vurdu - RƏSMİ - FOTO

Hadisə 9 İyul 2025 17:30 Oxunub 3980
Xırdalanda qayda pozan yaşlı kişini maşın vurdu - RƏSMİ   - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Xırdalan şəhərində piyadanın vurulmasıyla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən qəza Bakı-Quba yolunun 11.2-ci kilometrliyində saat 14:47 radələrində qeydə alınıb: “Belə ki, 99-SM-787 dövlət nömrə nişanlı “Renault” markalı avtomobilin sürücüsü - Cəfərov Ramin Şakir oğlu yolu nəzərdə tutulmayan yerdən keçən piyadanı - 1947-ci il təvəllüdlü Süleymanov Məhəmməd Məmmədxan oğlunu vurub. Zərbənin təsirindən yerə yıxılan piyada müxtəlif dərəcəli bədən xəsarətləri alıb”.

Qeyd edək ki, faktla bağlı araşdırma davam edir. 

Nərmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh