Xırdalanda qətl hadisəsi - 27 yaşlı gənc saxlanıldı - YENİLƏNİB

Hadisə 18 Aprel 2026 18:00
Xırdalanda qətl hadisəsi - 27 yaşlı gənc saxlanıldı   - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Abşeron rayonu, Xırdalan şəhərində Ruhin Əliyevi qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Avtosfer.az "Report"a istinadən xəbər verir ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü N.Nəbiyev saxlanılaraq istintaqa təhvil verilib.

***

Abşeron rayonu, Xırdalan şəhərində qətl hadisəsi qeydə alınıb.

Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə "Kristal Abşeron 1" yaşayış kompleksində baş verib.

İlkin məlumata görə, ərazidə bir nəfərin qətlə yetirildiyi bildirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Əraziyə baxış keçirilir, faktla bağlı araşdırmalara başlanılıb.

Qətlin hansı şəraitdə törədildiyi və hadisənin digər təfərrüatı araşdırma yekunlaşdıqdan sonra məlum olacaq.

Oxunub : 168
ŞƏRH YAZ
Ad

E-mail

Şərh