Banner

Xırdalanda yanğın söndürüldü - VİDEO - YENİLƏNİB

Hadisə 12 İyun 2025 14:33 Oxunub 326
Xırdalanda yanğın söndürüldü - VİDEO - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Abşeron rayonu, Xırdalan şəhəri, Fikrət Əhmədov küçəsində baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən tam söndürülüb.

Avtosfer.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

***13:06

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Abşeron rayonu, Xırdalan şəhəri, Fikrət Əhmədov küçəsində baş vermiş yanğın məhdudlaşdırılıb.

Avtosfer.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***`14:00

Xırdalanda güclü yanğın başlayıb.

Avtosfer.az xəbər verir ki, hadisə yerindən səmaya qatı tüstü qalxmaqda davam edir. 

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri, Fikrət Əhmədov küçəsində yerləşən yaşayış evində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar əraziyə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

FHN-dən bildirilib ki, hazırda nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri tərəfindən yanğının yayılmasının qarşısının alınması və söndürülməsi, digər təhlükəsizlik tədbirlərinin təmin edilməsi istiqamətində əməliyyat davam etdirilir.

Əlavə məlumat veriləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh