Xocalı və Xocavənddə yanğın - Helikopterlər cəlb olundu - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Xocalı rayonu, Həsənabad kəndində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-dən Avtosfer.az-a bildirilib ki, məlumatla əlaqədar əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və aviasiya dəstəsinin helikopterləri cəlb olunub.
FHN-in qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın daha geniş əraziyə yayılmasına, o cümlədən meşə zolağına keçməsinə imkan verilmədən söndürülüb.
Həmçinin, Xocavənd rayonunun Cütcü kəndi istaqamətində açıq ərazidə yanğın baş verməsi barədə daxil olmuş məlumat əsasında nazirliyin qüvvələri əraziyə cəlb olunub.
Hazırda göstərilən istiqamətdə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Aviasiya dəstəsinin helikopterləri tərəfindən yanğınla mübarizə tədbirləri davam etdirilir.
Xəzər dənizində zəlzələ oldu - FOTO
Bakıda maşın piyadanı vurub öldürdü
Salyanda dörd yaşlı uşaq faciəli şəkildə ÖLDÜ - VİDEO
Goranboyda avtomobil piyadanı vuraraq ÖLDÜRDÜ - YENİLƏNİB
Bakıda avtobusda gənc qıza əxlaqsızlıq etdilər - VİDEO
Bağlı qapı arxasında qalan azyaşlılar belə xilas edildi - VİDEO
Gəncədə “102”yə yalan məlumat verdi - 15 sutka həbs olundu
Azərbaycanlı biznesmenin 8 milyardlıq "kurort"u əlindən alınır - Şirkətinə də HƏBS QOYULDU - FOTO
Müharibə iştirakçısı tanınmış həkimlərin adından istifadə edərək DƏLƏDUZLUQ ETDİ
Süni intellektlə qadınları şantaj edən Atakişiyev SAXLANILDI - VİDEO
Bakıda süpürgəçini maşın vurub öldürdü










