Banner

Xocalıda icarəyə verilən göl yararsız hala düşdü - VİDEO

Hadisə 10 Aprel 2025 22:30 Oxunub 234
Xocalıda icarəyə verilən göl yararsız hala düşdü - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

“Xocalıda sahibkara icarəyə verilən göl yarasız hala salınıb. Ətrafda olan yaşıllıq ərazi məhv olub, boz sahəyə çevrilib”. 

Avtosfer.az xəbər verir ki, bu şikayətlə “Qafqazinfo”ya işğaldan azad edilmiş ərazidə məskunlaşan vətəndaşlar müraciət ediblər. 

Onların sözlərinə görə, gölün icarədən əvvəl və sonra çəkilmiş videogörüntülərində həmin fərq aydın hiss olunur.

Problemlə bağlı Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinə müraciət etdik. Qurumdan sorğumuza belə cavab aldıq: “Sözügedən göldən sahibkar balıqçılıq təsərrüfatı məqsədilə istifadə edəcək. Yəni, həmin göldə balıq yetişdirəcək. Təsərrüfat üçün yararlı olub-olmadığını araşdırmaq üçün göldən nümunələr götürülüb. Alınan nəticəyə görə göldə zərərli mikroblar, lil var və bu da balıq yetişdirməyə mane olan məsələdir”. 

Nümayəndəlikdən, həmçinin bildirilib ki, hazırda gölün suyunun təmizlənməsi prosesi gedir: “Bu səbəbdən də  gölün suyunun  təmizlənməsinə zərurət yaranıb. Hazırda gölün təmizlənməsi prosesi gedir. Yaxın vaxtlarda bu başa çatacaq”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh