Xudayar Yusifzadənin anasını təhqir edən bloqer HƏBS EDİLDİ

Vətən müharibəsi şəhidi Xudayar Yusifzadənin anası Radə Qurbanovanı sosial şəbəkələrdə təhqir edən şəxs həbs edilib.
Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, Radə Qurbanovanın şikayəti əsasında 1993-cü il təvəllüdlü İ.Vüqar saxlanılaraq, barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.
Məhkəmədə məlum olub ki, "TikTok" sosial şəbəkəsində "Şah_əmlak" adı ilə qeydiyyatdan keçən əmlak bloqeri Vüqar evlərin alqı-satqısı ilə bağlı elanlar yerləşdirib. Vüqarın profilində Radə Qurbanova və digər şəhid analarının barəsində xoşagəlməz şərhlər yazılıb. Radə Qurbanova əmlak bloqerinə zəng edərək, öz etirazını bildirib və barəsində şikayət edəcəyini deyib. Sonuncu heç kimdən qorxmadığını və baş vermiş hadisə ilə bağlı izahat verməyəcəyini şəhid anasına deyib.
Radə Qurbanovanın şikayəti əsasında saxlanılan Vüqar məhkəmədə ondan və bütün şəhid ailələrindən üzr istəyib. İşlətdiyi əmlak ofisində 4 nəfər işçisinin olduğunu, həmin əməkdaşlarından kiminsə onun telefonu vasitəsilə "TikTok"da profilindən istifadə edərək, şəhid anaları barədə xoşagəlməz ifadələr yazdığını deyib. Xudayar Yusifzadənin anası isə Vüqarın cəzalandırılmasını məhkəmədən xahiş edib.
Məhkəmənin qərarı ilə "Şah_əmlak"ın sahibi İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib və 10 gün müddətinə inzibati qaydada həbs edilib.
Bakıda maşın piyadanı vurub öldürdü
Salyanda dörd yaşlı uşaq faciəli şəkildə ÖLDÜ - VİDEO
Goranboyda avtomobil piyadanı vuraraq ÖLDÜRDÜ - YENİLƏNİB
Bakıda avtobusda gənc qıza əxlaqsızlıq etdilər - VİDEO
Bağlı qapı arxasında qalan azyaşlılar belə xilas edildi - VİDEO
Gəncədə “102”yə yalan məlumat verdi - 15 sutka həbs olundu
Azərbaycanlı biznesmenin 8 milyardlıq "kurort"u əlindən alınır - Şirkətinə də HƏBS QOYULDU - FOTO
Müharibə iştirakçısı tanınmış həkimlərin adından istifadə edərək DƏLƏDUZLUQ ETDİ
Süni intellektlə qadınları şantaj edən Atakişiyev SAXLANILDI - VİDEO
Bakıda süpürgəçini maşın vurub öldürdü
Gəncədə qətlə yetirilən şəxs DİREKTOR MÜAVİNİ İMİŞ: Oğlu saxlanıldı - FOTO - YENİLƏNİB










