Yağış kommunal təsərrüfatı məhv edib - Sakinlər çətin vəziyyətdədir - VİDEO

Hadisə 24 Oktyabr 2024 22:30 Oxunub 390
Yağış kommunal təsərrüfatı məhv edib -  Sakinlər çətin vəziyyətdədir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda intensiv yağıntıdan iki gün keçməsinə baxmayaraq, leysanın  yaratdığı  fəsadlar hələ də qalmaqdadır. Sakinlər yağışdan sonra yaranan vəziyyətdən əziyyət çəkirlər. Bunlar azmış kimi, bəzi evlərin kommunal sistemi də məhv olub.

Avtosfer.az-ın məlumatına görə, söhbət Binəqədi rayonu, Zəngəzur küçəsindən gedir.

Hazırda həmin küçədə yerləşən binalardan birində işıq, su və qaz yoxdur.

Sakinlərin sözlərinə görə, yağış kəssə də, məhəllələrinə, evlərinə yığılan su olduğu kimi qalıb.

Onlar bildiriblər ki, hazırda vəziyyətin belə olmasına səbəb ərazidə kanalizasiya sisteminin düzgün işləməməsidir.

Məsələ ilə bağlı bina nəzarətçisi bildirdi ki, ərazi sulardan tam təmizləndikdən sonra binanın kommunal xidmətləri yenidən bərpa ediləcək.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən isə "Xəzər Xəbər"ə bildirildi ki, problemlə bağlı rayon sukanal idarəsinə məlumat verilib və mövcud vəziyyətin aradan qaldırılması üçün tədbirlər görülür.

Binəqədi rayonu sukanal idarəsi ilə də əlaqə saxladıq. Qeyd olundu ki, artıq ərazidən suların təmizlənməsi üçün işlərə başlanılıb. Gün ərzində ərazi sulardan tam təmizlənəcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh