Yağışdan sonra qaranlıq yolda yaranan çuxur sürücülərə təhlükə yaradıb - ŞİKAYƏT - VİDEO

Paytaxt yollarında olan çökəklər, qapağı oğurlanan kanalizasiya lyukları, girintili-çıxıntılı yolayrıcları və s. kimi problemlər sürücülərin avtomobillərinə ən yaxşı halda maddi zərər vurur.
Avtosfer.az xəbər verir ki, Xətai rayonunda “Akkordun binaları” adlanan ərazidə də bənzər vəziyyət yaranıb. Belə ki, Xudu Məmmədov küçəsində yolun asfalt örtüyündə dərin çuxur yaranıb. Bu, ərazidən hər gün keçən sürücülər üçün ciddi təhlükə yaradıb. Yolun ”Həzi Aslanov” metrosu istiqamətində sağ tərəfi ilə irəliləyən avtomobillər qəfil çuxura düşməmək üçün kəskin şəkildə sürəti aşağı salır, bu da həm təhlükə, həm də tıxac yaradır. Xüsusilə axşam saatlarında işıqlandırmanın zəif olması və son günlərdə havanın yağışlı keçməsi sürücülərin vəziyyətini daha da çətinləşdirib.
Aeroport yolunda sürücüləri təhlükə gözləyir – Maşını bu hala salır - AAYDA işə qarışdı - VİDEO
Sürücülərdən biri narazıığını video çəkərək sosial şəbəkədə paylaşıb. O, videoda çuxurun vəziyyətini daha aydın göstərmək üçün təkər açarından istifadə edib. Aləti çuxura saldıqda, onun dərinliyinin gözlə görünəndən də daha çox olduğu aydın şəkildə görünür. Həmin çuxura yağış suları yığılaraq göl əmələ gətirib. Bu cür asfalt problemləri həm avtomobillərə ciddi ziyan vurur, həm də qəza təhlükəsini artırır.
Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinə sorğu ünvanladıq. Qurumdan Avtosfer.az-a bildirildi ki, əraziyə baxış keçirilib və lazımi tədbirlər görülərək yaranmış problem aradan qaldırılıb.
Nurcan Babək
Üzr istəməyən dostunu öldürdü, qaçanda maşın vurdu - BAKIDA FİLM KİMİ CİNAYƏT
Sərxoş halda 102-yə zəng edib qiymətdən danışdı, həbs olundu
Polis əməliyyat keçirdi - 126 nəfər saxlanıldı
Bakıda yük maşını təhlükə yaratdı - VİDEO
Şəhidlər məscidi yaxınlığında təhlükə: 20 gündür aşmış ağac götürülmür - FOTOLAR
FHN əməkdaşlarının hadisədən bir neçə dəqiqə əvvəl çəkilmiş görüntüsü - VİDEO
Çalışdığı avtoyuma məntəqəsindən maşın qaçıran şəxs saxlanıldı
FHN əməkdaşının öldüyü hadisə ilə bağlı rəsmi AÇIQLAMA - FOTO - YENİLƏNİB
Bakıda “Ford" yanıb - VİDEO
Hicab bağlayıb marketi talayan qaraçı qadınlar SAXLANILDI - VİDEO
Bir marketdən oğurlayıb başqasına satdı - Polis saxladı










