
"London taksi"si yanacaqdoldurma məntəqəsində alışıb yandı - VİDEO
Hadisə
2 Avqust 2023 18:30
Oxunub 1812

Paytaxtın Heydər Əliyev prospektində avtomobil qısaqapanma nəticəsində qəfil alışıb.
Avtosfer.az-ın məlumatına əsasən, hadisə bir neçə gün əvvəl səhər saatlarında cərəyan edib. Görüntüdən bəlli olduğu kimi, taksi fəaliyyətiylə məşğul olan avtomobil tüstülənməyə başlayıb. Belə ki, elektromobil taksidə yanğının yaranmasına səbəb nasazlıqla əlaqələndirilib. Yaranmış fövqəladə vəziyyətlə əlaqədar yanacaqdoldurma məntəqəsinin əməkdaşları ilkin müdaxilə edib. Uzun sürən cəhdlərdən sonra avtomobil zərərsizləşdirilib. Yanğın zamanı xəsarət alan olmayıb.
Nərmin
ŞƏRH YAZ