Yanacaqdoldurma məntəqəsində partlayış: ölən və yaralananlar var - YENİLƏNİB

Hadisə 27 Avqust 2023 09:40 Oxunub 420
Yanacaqdoldurma məntəqəsində partlayış: ölən və yaralananlar var    - YENİLƏNİB

Rumıniyanın paytaxtı Buxarest yaxınlığındakı Krevedia şəhərində mayeləşdirilmiş yanacaqdoldurma məntəqəsində daha iki partlayış baş verib.

Bu barədə yerli “Digi 24” telekanalı şəhər hakimiyyətinə istinadən məlumat yayıb.

Hadisədə yaralananları sayı 58-ə çatıb.

İlkin məlumata görə, qaz balonları partlayıb.

Telekanalın məlumatına görə, xəsarət alanlar arasında 39 yanğınsöndürən, iki jandarm və iki polis var.

Xüsusilə ağır vəziyyətdə olan 4 xəstənin Belçika və İtaliyadakı xəstəxanalara aparılacağı qeyd edilir.

Yanğının söndürülməsi işlərinə Norveç və Avstriyadan da dəstək verilib.

***

Rumıniyanın Dimbovita qraflığının Krevedia kəndində yanacaqdoldurma məntəqəsində ardıcıl iki partlayış baş verib.

Bu barədə Rumıniya Radiosu məlumat yayıb.

Hadisə nəticəsində azı bir nəfər ölüb, 30-dan çox insan yaralanıb.

Daxili İşlər Nazirliyinin fövqəladə hallar departamentinin rəhbəri Raed Ərafat bildirib ki, təxminən iki saat sonra ikinci partlayış baş verib və nəticədə 26 yanğınsöndürən yaralanıb. O əlavə edib ki, yeni partlayış təhlükəsi qalmaqdadır.

Hakimiyyət orqanları təxminən 300 metr radiusda əhalini təxliyə edib.

(lent.az)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh