Yanacaqdoldurma məntəqəsinə silahlı basqın olub, bir polis əməkdaşı öldürülüb

Almaniyanın Saarland əyalətinin Völklingen şəhərində yanacaqdoldurma məntəqəsinə silahlı basqın nəticəsində bir polis əməkdaşı həlak olub.
Avtosfer.az “Bild” qəzetinə istinadla xəbər verir ki, hadisə yanacaqdoldurma məntəqəsini qarət edərək pul və bir sıra əşyalar ələ keçirən maskalı şəxsin saxlanılması zamanı baş verib. İki polis əməkdaşı şübhəli şəxsi təqib edərək onu saxlamağa çalışarkən qarşıdurma yaşanıb. Qarşıdurma zamanı şübhəli şəxs polis nəfərlərindən birinin xidməti silahını ələ keçirərək dəfələrlə atəş açıb. Atəş nəticəsində bir polis əməkdaşı ağır yaralanıb və xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.
Şübhəli şəxs də atışma zamanı yaralanaraq hadisə yerində saxlanılıb. Hazırda o, nəzarət altındadır. Hadisə ilə bağlı istintaq davam edir.
Hazırda ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib. Hadisə ilə bağlı yüzlərlə hüquq-mühafizə əməkdaşı əraziyə cəlb olunub. Rəsmilər əhalinin təhlükədə olmadığını bildiriblər.
Hadisə Almaniyada hüquq-mühafizə orqanlarına qarşı baş verən ən son və ciddi silahlı insidentlərdən biri kimi qiymətləndirilir.
Xırdalanda sürücülərin kabusuna çevrilən yol: Hər an ağır qəza ola bilər - VİDEO
Tovuzda dəhşət yaşandı - Bıçaqlananlar var…
Bakıda bu bağçada uşaqlara zorakılıq edilir: Döyülür, hədə-qorxu gəlinir - VİDEO - YENİLƏNİB
Şəkidə itlər kütləvi öldürüldü, ittiham olunan icranın nömrəsi də işləmir - VİDEO
Bakıda xanım vətəndaş sürücüləri çuxurdan görün necə qorudu - VİDEO
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO












