Yanacaqdoldurma məntəqəsinin önündə qətl: Dəhşətli cinayətin detalları - VİDEO

2023-cü il yanvarın 4-də axşam saatlarında Beyləqan sakini 29 yaşlı Qənbər Qənbərov Ziya Bünyadov prospekti ilə Böyük İpək Yolu küçəsinin kəsişməsində yerləşən yanacaqdoldurma məntəqəsinin qarşısında bıçaqlanıb. Yanvarın 6-da səhər saatlarında o, yerləşdirildiyi klinikada dünyasını dəyişib. Hadisə ilə bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb.
Avtosfer.az “Baku TV”yə istinadən xəbər verir ki, ekspertizanın rəyinə görə, Qənbər Qənbərovun ölümünə kəskin qanitirmə ilə müşayiət olunan şok səbəb olub.
İstintaqla müəyyən edilib ki, yanvarın 4-də saat 22:15-də 27 yaşlı Sənan Hacıyev dostları - 33 yaşlı Elvin Sadıqov və 31 yaşlı Məqsud Həsənovla birlikdə VAZ-2107 avtomobili ilə Ziya Bünyadov prospekti ilə hərəkətdə olarkən qarşısında gedən "Toyota Prius" qəza şəraiti yaradıb. Bu zaman arxadan gələn "Opel Astra" avtomobilini idarə edən Əfrail Qənbərov qəzanın qarşısını almaqdan ötrü onun sağ tərəfindən keçib. Bundan əsəbiləşən Sənan Hacıyev iradını bildirmək üçün maşını sürətlə idarə edərək Əfrail Qənbərova avtomobilini saxlamasını işarə edib. Sənan Hacıyev və dostları Ziya Bünyadov prospekti ilə Böyük İpək Yolu küçəsinin kəsişməsində dayanaraq Əfrail Qənbərov və onun yanında olan qardaşı ilə mübahisə ediblər. Qısa müddətdə mübahisə əlbəyaxa davaya çevrilib. Bu zaman Qənbər Sənanı söyüb, dizi ilə üzünə zərbə vurub. O isə qəzəblənərək gödəkçəsinin cibində saxladığı bıçağı çıxararaq onun döş qəfəsinə vurub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sənan Hacıyev 17 il, Elvin Sadıqov 3 il 6 ay, Məqsud Həsənov 1 il 6 ay müddətinə azadlıqdan məhrum olunublar.
Daha ətraflı süjetdə:
Bakıda yenə avtobus yandı - VİDEO
Arzum xəstəxanada 21 dəqiqə qalıb - Maşını aeroportdan götürülüb - FOTO - VİDEO
Bu yolda hərəkət işgəncəyə çevrilib: Qazılan hissə bir ildir bərpa olunmur - VİDEO
Paytaxtda maşından meyit tapılıb
Bakıda avtobus sürücüsünün ani diqqətsizliyi faciəyə səbəb olacaqdı - ANBAAN VİDEO
İşıqlandırılmayan yolda dayanan sərxoş piyada təhlükə yaratdı - VİDEO
Zuğulbada hərəkətdə olan “Mercedes Vito” yanaraq kül oldu - VİDEO
Piyadaları vurmamaq üçün manevr edən motosiklet aşdı; sürücü yaralandı - VİDEO
Samuxda 3 tondan artıq çətənə kolu məhv edildi - FOTO
Aşan avtobusun sürücüsü danışdı: “Gözümə gün düşdü” - VİDEO
Lizinqlə avtomobil aldı, pulundan və avtomobilindən oldu - VİDEO










