Yanacaqoldurma məntəqəsində telefonla danışan xanım sürücünün başına iş gəldi – Siz də diqqətli olun - VİDEO

Bəzi ölkələrdə yanacaqdoldurma məntəqələrində (YDM) operator xidməti olmadığından sürücülər avtomobillərinə yanacağı özləri doldururlar. Bu sistem geniş tətbiq olunsa da, təhlükəsizlik qaydalarına əməl edilmədikdə riskli vəziyyətlər yarana bilir.
Avtosfer.az xəbər verir ki, yayılan görüntülərdə bir xanım sürücünün yanacaq doldurduğu zaman mobil telefonla danışdığı əks olunub. Kadrlardan da göründüyü kimi, sürücü prosesi tam nəzarətdə saxlamaq əvəzinə diqqətini telefona yönəldib. Mütəxəssislər bildirirlər ki, məhz belə diqqətsizlik yanacaq doldurulan zaman təhlükəni artıran əsas amillərdəndir.
Qeyd olunur ki, yanacaq doldurularkən ətraf mühitdə yanıcı buxar toplanır. Bu zaman tapançanın düzgün yerləşdirilməməsi, daşma riski və ya ani texniki nasazlıq hallarında sürücünün dərhal reaksiya verməsi vacibdir. Diqqətin yayınması isə bu reaksiyanı gecikdirə və nəticədə həm yanacaq tapançasının, həm də avtomobilin yanmasına səbəb ola bilər.
Təhlükəsizlik qaydalarına əsasən, YDM ərazisində mobil telefondan istifadə tövsiyə edilmir. Sürücülər yanacaq doldurarkən mühərriki söndürməli, telefon danışığını dayandırmalı və prosesi diqqətlə izləməlidirlər.
Ekspertlər hesab edirlər ki, özünəxidmət sistemi rahatlıq yaratsa da, məsuliyyətsiz və diqqətsiz davranış ciddi fəsadlara gətirib çıxara bilər. Sürücülərə yanacaqdoldurma zamanı maksimum diqqətli olmaq tövsiyə olunur.
Eltac
Gəncədə qətlə yetirilən şəxs DİREKTOR MÜAVİNİ İMİŞ: Oğlu saxlanıldı - FOTO - YENİLƏNİB
Səs-küylü cinayət işi Ali Məhkəmədə - Bakıda TIR-larla yolu kəsən şirkət rəhbəri ilə bağlı QƏRAR
Cəriməni ödəyə bilməyən sürücü qoyun oğurladı - Məhkəmə ağır cəza verdi
Bu gənc qızla-oğlanı polis axtarır – SƏBƏB
Azərbaycanda tanınmış cərrah əməliyyatı qüsurlu icra etdi: 32 min ödəyəcək
Xətaidə gecə ilə peyda olan DAHA BİR OBYEKT - FOTO
Bakı metrosunda HƏYƏCANLI ANLAR - YENİLƏNİB
Polis məşhur tiktoker Solmazı söyüşə görə həbs etdi - FOTO
Oğurlanan avtomobil nömrələri bərpa olunmur? - Qanun nə deyir? - VİDEO
Şəmkirdə "Prado"da meyit tapıldı
İtkin düşən 88 yaşlı kişi axtarılır - FOTO










