Yanan yük maşını söndürülən zaman partlayış oldu - ANBAAN VİDEO

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə gecə saatlarında Naxçıvan-Culfa magistral avtomobil yolunun Babək rayon ərasizindən keçən hisəsində "Foton" markalı yük avtomobilində yanğın hadisəsinin baş verməsi barədə məlumat daxil olub. Avtosfer.az xəbər verir ki, dərhal Naxçıvan şəhər və Babək rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülərək qarşısı alınıb. Hadisə nəticəsində yük avtomobilin qoşqusun şinləri və üzərində olan yükün bir qismi yanıb. Yük avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub. Qeyd edək ki, yanğının söndürülməsi zaman partlayış qeydə alınıb. Xoşbəxtlikdən xəsarət alan olmayıb.
Hadisə anına dair kadrları təqdim edirik:
Avtomobil nömrələrini oğurlayıb satan şəxslər ələ keçdi - VİDEO
Qəbələdə avtomobil piyadanı vuraraq öldürdü
Şəmkirdə ana və oğlu döyülüb, avtomobillərinə ziyan vurulub
Polkovnik-leytenant haqda YENİ QƏRAR
Bakıda tanınmış fotoqrafa məxsus QARAJ YANDI - VİDEO - YENİLƏNİB
Yol kənarında əmisi oğlunu döydü - Məhkəmədə üzr istədi
Moskva-Bakı reysi ilə uçan təyyarə qəza enişi edib
Bayram tonqalına atılan benzin partlayışa səbəb oldu - 11 yaralı var - VİDEO
Bayram günü telefon dükanına girib oğurluq etdi – DİN-dən AÇIQLAMA - VİDEO
Polis əməliyyat keçirdi - 41 nəfər saxlanıldı
Neftçalada 15 və 17 yaşlı iki qardaşın faciəli şəkildə ölümünün TƏFƏRRÜATI - VİDEO










