Yanğın zamanı kişi arvadını xilas edərkən ölüb - TƏFƏRRÜAT - FOTO - YENİLƏNİB

Bakının Səbail rayonu, Bayıl qəsəbəsində baş verən yanğının səbəbi məlum olub.
Avtosfer.az "Teleqraf"a istinadən xəbər verir ki, qonşuların bildirdiyinə görə, Cənub Dərə küçəsində yerləşən ev yanğın zamanı ölən Andrey Vladimiroviç Starçevoya məxsus olmayıb.
Qeyd edilib ki, Andrey həyat yoldaşı İrina ilə birlikdə küçədə yaşayırmış. Lakin üç ay bundan öncə Şirvan Abdullayev özünə məxsus evdə onlara sığınmaq üçün bir otaq verib. Cütlük tez-tez mübahisə edirmişlər.
Şirvan Abdullayevin verdiyi məlumata görə, Andrey iki ayağından əlil olub. Hadisə vaxtı isə, o, həyat yoldaşını xilas etmək üçün əli ilə itələyərək küçəyə çıxarıb.
Hadisəyə səbəb kimi elektrik sobasında qısaqapanma göstərilir.




***09:23
Bakıda evdə yanğın zamanı bir nəfər ölüb.
Avtosfer.az xəbər verir ki, hadisə Səbail rayonu, Cənub Dərə küçəsində yerləşən evdə qeydə alınıb.
Belə ki, Starçevoy Andrey Vladimiroviç yaşadığı evdə qısaqapanma nəticəsində baş verən yanğın nəticəsində ölüb.
Faktla bağlı Səbail rayon prokurorluğunda araşdırma aparılır.
Bakıda avtobusda gənc qıza əxlaqsızlıq etdilər - VİDEO
Bağlı qapı arxasında qalan azyaşlılar belə xilas edildi - VİDEO
Gəncədə “102”yə yalan məlumat verdi - 15 sutka həbs olundu
Azərbaycanlı biznesmenin 8 milyardlıq "kurort"u əlindən alınır - Şirkətinə də HƏBS QOYULDU - FOTO
Müharibə iştirakçısı tanınmış həkimlərin adından istifadə edərək DƏLƏDUZLUQ ETDİ
Süni intellektlə qadınları şantaj edən Atakişiyev SAXLANILDI - VİDEO
Bakıda süpürgəçini maşın vurub öldürdü
Gəncədə qətlə yetirilən şəxs DİREKTOR MÜAVİNİ İMİŞ: Oğlu saxlanıldı - FOTO - YENİLƏNİB
Gəncədə avtomobil keçiddən keçən orta yaşlı kişini vurdu - VİDEO
Səs-küylü cinayət işi Ali Məhkəmədə - Bakıda TIR-larla yolu kəsən şirkət rəhbəri ilə bağlı QƏRAR
Cəriməni ödəyə bilməyən sürücü qoyun oğurladı - Məhkəmə ağır cəza verdi










