"Yango"nun sürücüsü göndərilən heyvanı küçəyə atdı - AÇIQLAMA - FOTO

"Yango" taksi şirkətinin sürücüsünün davranışı narazılığa səbəb olub.
Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, sahibləndirilən heyvanları çatdırmağı öhdəsinə götürən sürücünün ünvana çatmadan onları küçəyə atdığı iddia olunur:

"Könüllü sahibləndirdiyimiz iki pişik var idi. Pişiklərin hər biri 2 aylıq idi. Taksi çağırdıq və iki pişiyi yola saldıq. Sürücü bir qədər getdikdən sonra sifarişi ləğv etdi. Xeyli zəngdən sonra telefonu açan sürücü bizə dedi ki, pişikləri yolda atmışam. Səbəbin soruşanda isə yalnız "əcəb elədim" cavabını verdi. Biz hara atdığını soruşduq ki, heç olmasa gedək götürək".
İradını bildirən şəxs sürücü barəsində məlumatları da sosial media hesabında paylaşıb:


Qeyd olunan məsələ ilə bağlı oxu.az "Yango" taksi şirkətinə sorğu ünvanlayıb. Şirkətdən bildirilib ki, hadisə ilə bağlı məlumatlıdırlar: "Baş verənlər bizdə şok effekti yaşatdı.
Tərəfdaş şirkətin sürücüsünün platformaya girişi artıq məhdudlaşdırılıb - o, artıq servis vasitəsilə sifarişləri yerinə yetirə bilməyəcək.
Biz hüquq-mühafizə orqanları ilə əməkdaşlığa da hazırıq və onların rəsmi müraciəti əsasında bütün lazımi məlumatları təqdim edəcəyik.
Xatırladırıq ki, "Yango" şirkətinin öz sürücüləri və ya avtomobilləri yoxdur, biz tərəfdaşımız olan yerli taksi parkarı və onların sürücüləri ilə əməkdaşlıq edirik”.
Sükan arxasında yuxuya gedən sürücü faciənin bir addımlığından döndü - VİDEO
Motosikletin qabağına qaçan kişi sürücüyə çətin anlar yaşatdı - VİDEO
Piyada məsuliyyətsizliyi faciəyə səbəb olacaqdı: Sürücü son anda qəzadan yayındı - VİDEO
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO












