Yanmış “Galik”lə kredit götürdülər - Bakıda 3 dostun müdhiş planı

Bakıda 3 dost lizinq şirkətinə qarşı külli miqdarda dələduzluq ediblər. Onlar yanmış “Mercedes G-63” markalı avtomobilin sənədlərini saxtalaşdıraraq lizinq şirkətindən 53 min manat kredit götürüblər.
Avtosfer.az Musavat.com-a istinadən xəbər verir ki, maşın alveri ilə məşğul olan Orxan, Üzeyir və Faiq qurulan plana uyğun olaraq əvvəlcə qismən yanaraq yararsız vəziyyətə düşmüş “Mercedes G-63” markalı avtomobili ucuz qiymətə alıblar. Sonra “Hollyvood-Cars” şirkətindən eyni markalı avtomobili 10 günlük icarəyə götürüblər.
Onlar yanmış avtomobilin nömrəsini icarəyə götürdükləri maşının nömrəsi ilə dəyişdiriblər. Maşının mühərrik nömrəsini də siliblər. Onlar müxtəlif yollarla sənədləri saxtalaşdıraraq avtomobili Faiqin adına sənədləşdiriblər.
Sonra da lizinq şirkətlərindən birindən həmin avtomobilə görə 53 min manat kredit götürüblər. Lizinq şirkəti avtomobili idarə etmək üçün Faiqə etibarnamə verib. Həmin zaman lizinq şirkəti avtomobilə GPS yerləşdirib. Lakin 3 dost icarəyə götürdükləri maşını “Hollyvood-Cars” şirkətinə qaytaran zaman lizinq şirkətinin quraşdırdığı GPS-i çıxarıblar, əvvəlki nömrəsini də yerinə taxıblar. Lizinq şirkəti maşından xəbər tutmayanda 3 dostun əməllərinin üstü açılıb.
Faiq həmin ərəfədə Rusiyaya qaçıb. Orxan və Üzeyir tutularaq məsuliyyətə cəlb edilib. Onlar barəsində dələduzluq maddəsi ilə ittiham elan edilib. Üzeyir və Orxan dəymiş zərəri ödədikləri üçün məhkəmə onlara şərti cəza verib.
Faiq isə uzun müddət axtarışdan sonra saxlanılıb və Bakıda hakim qarşısına çıxarılıb. Ona da eyni maddə ilə ittiham irəli sürülüb. Faiq özünü təqsirli bilməyərək deyib ki, bütün işi Orxan və Üzeyir görüb. Sadəcə, maşını onun adına sənədləşdirildiyini və buna görə 2 min manat aldığını deyib. İfadəsində deyib ki, lizinq şirkətinə gedən zaman ona yeni patlar və bahalı telefon da verilib. Məqsəd şirkətdə özünə qarşı inam yaratmaq olub.
Məhkəmə zərərin ödənilməsini nəzərə alaraq Faiq barəsində də şərti cəza təyin edib.
DTX-dən vətəndaşlara çağırış: Azərbaycan nömrələri ilə saxta hesablar yaradılır
Bazar günləri yük avtomobillərinin hərəkətinə icazə verilməsi narazılıq doğurdu
Polisdən əməliyyat: 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VİDEO
Milyonluq lüks avtomobil bir neçə dəqiqə ərzində külə döndü - FOTOLAR
Xırdalanda qayda pozan piyada sürücünün hərəkətinə maneə yaratdı - VİDEO
Badamdarda yanğın – FHN hadisə yerinə CƏLB EDİLDİ
Avtobusla velosipedçini çətin vəziyyətə saldı - VİDEO
Bu yolda təhlükə var: Sürücülər təmir zonasını son anda görürlər - VİDEO
Piyada keçidindən istifadə etməyən piyadanı maşın vurdu - VİDEO
Taksidən pul və bank kartları oğurlayan şəxs saxlanıldı
Sumqayıtda avtomobil təmiri sexi yandı - VİDEO










