Yararsız kolbasa və sosiska satan şəxs saxlanılıb – FOTO + VİDEO

Babək rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində istifadə müddəti bitmiş kolbasa və sosiska məmulatlarının satışının təşkil edən Naxçıvan şəhər sakini Cabbarlı Əliəsgər saxlanılıb.
Naxçıvan MR Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Naxçıvan şəhər Əliabad qəsəbəsində həmin şəxsə məxsus anbara baxış zamanı külli miqdarda istifadə müddəti bitmiş, saxta yolla istifadə müddəti uzadılmış və satılması nəzərdə tutulan müxtəlif çeşidli kolbasa sosiska aşkar olunaraq götürülüb.
Ekspertizanın rəyi ilə satılan kolbasa və sosiska məmulatlarının istifadəyə tam yararsız, eləcə də insan sağlamlığına təhlükə yarada bilən ərzaq məhsulları olduğu müəyyən edilib.
Toplanmış materiala hüquqi qiymət verilməsi üçün Babək RPİ-nin İstintaq və Təhqiqat Bölməsində araşdırmalar aparılır.
Yolu kor-koranə keçən qadın qəzadan son anda xilas oldu - VİDEO
Prospektdə gənc oğlan skuterlə əks yola çıxıb təhlükə saçdı - VİDEO
Sürücüdən MƏSULİYYƏTSİZ ADDIM: Yola beton tökdü - ANBAAN VİDEO
Xaçmazda maşın piyadanı vuraraq ÖLDÜRDÜ
Xəzər dənizində ZƏLZƏLƏ oldu - FOTO
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxladı - VİDEO
Yola baxmadan qaçan gənc az qala maşının altında qalacaqdı - ANBAAN VİDEO
Şəhərin mərkəzində “Mercedes” əks istiqamətdən gələn skuterlə toqquşdu - VİDEO
Bakıda hərəkətdə olan avtomobildə yanğın baş verdi - ANBAAN VİDEO
Azərbaycanda iş adamı faciəvi şəkildə öldü
Qanunsuz onlayn kazino oyunlarına qarşı əməliyyat - Saxlanılanlar var - VİDEO













