Yardım aparan yük karvanı talan edildi

Qəzzaya aparılan 100-dən çox n BMT-nin yardım maşınına hücum olub.
Avtosfer.az xəbər verir ki, basqınçılar ərzaq maşınlarını talan ediblər. Nəticədə Qəzza zolağında ərzağın qiyməti kəskin bahalaşıb. Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) məlumatına görə, Qəzzanın mərkəzinə daxil olan 109 yük maşınından 97-si talan edilib. Məlumatda bildirilir ki, un qıtlığı səbəbindən Deyr əl-Balah və Xan Yunisdə səkkiz çörək zavodunun hamısı işini dayandırıb: “Təcili müdaxilə olmasa, qida çatışmazlığı daha da pisləşəcək və humanitar yardımdan asılı olan 2 milyondan çox insanın həyatı təhlükə altına düşəcək”. Deyr əl-Balah şəhərində bir kisə unun 100 dollara satıldığı məlum olub.
BMT nümayəndəsi Stefan Dujarric bildirib ki, yardım Kerem Şalom keçidinə gətirildikdən sonra 109 yük maşınından ibarət karvana İsrail hərbçiləri alternativ, naməlum marşrutla getməyə məcbur ediblər. Yük maşınları da elə keçidin yaxınlığında qarət edilib. İsrail yardımı oğurlamaqda HƏMAS-ı ittiham edir .
Bununla belə, HƏMAS-ın xaricdə məskunlaşan yüksək rütbəli rəsmisi Bassem Naim iddia edib ki, talançılar Rəfahın şərqində İsrail hərbi mövqeləri yaxınlığında fəaliyyət göstərən gənc bədəvilərdir. Yaraqlıların idarə etdiyi Əl-Əqsa televiziyası Qəzzada HƏMAS-ın idarə etdiyi təhlükəsizlik qüvvələrinin talançılara qarşı əməliyyat başlatdığını və onlardan 20-nin öldürüldüyünü iddia edib (konkret.az).
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB
Özünü maşınların önünə atan qadın az qala vurulacaqdı - VİDEO
Xırdalanda iki həftədir düzəlməyən işıqfor qəza riski yaradır - VİDEO
Səbailin icra başçısı inzibati xəta törədib - Cərimə oluna bilər
Qobuda qaranlıq küçələr, əyilmiş dirəklər – Təhlükə göz görə-görə qalır - VİDEO
Yaşıl işıqda “yatan” sürücü arxadakı maşınları gözlətdi - VİDEO












