Yardımlıda DƏHŞƏT: 15 yaşlı oğlan ov tüfəngi ilə özünü güllələdi - YENİLƏNİB

Yardımlıda intihar edən yeniyetmə ilə bağlı yeni təfərrüat məlum olub.
Bu barədə ailəyə yaxın olan şəxs danışıb.
Məlumata görə, 15 yaşlı Ələkbər Rafiq oğlu Şükürlünün son bir həftədir özünə qapalı olduğu və ailəsinə qarşı aqressiv davranışlar nümayiş etdirdiyi müşahidə edilib.
Əldə etdiyimiz digər məlumata görə, yeniyetmə intihar etməmişdən qabaq məktub yazıb. Həmin məktubda hansısa oyunda Ə.Şükürlüyə vaxt təyin edildiyi və o tarixə qədər özünü öldürməli olduğu qeyd edilib.
Bildirək ki, Ə.Şükürlü evin son beşiyi və beş bacının tək qardaşı olub. O bu gün torpağa tapşırılıb.
(oxu.az)
***
10:41
Yardımlıda intihar hadisəsi olub.
Avtosfer.az lent.az-a istinadən xəbər verir ki, hadisə Zevin kəndində baş verib.
15 yaşlı Ələkbər Rafiq oğlu Şükürlü yaşadığı evdə atasına məxsus ov tüfəngindən atəş açaraq özünü öldürüb. Onun hansı səbəbdən intihar etdiyi bilinmir. Hadisə yerinə gələn polis və prokurorluq əməkdaşları evdən müvafiq sənədləri olan 1 ədəd “TOZ” markalı ov tüfəngini götürüblər.
Faktla bağlı Yardımlı rayon Prokurorluğunda araşdırma aparılır.
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB
Özünü maşınların önünə atan qadın az qala vurulacaqdı - VİDEO
Xırdalanda iki həftədir düzəlməyən işıqfor qəza riski yaradır - VİDEO












