Yardımlıda müəllimlə müdirin əlbəyaxa davası ilə bağlı açıqlama - VİDEO

Hadisə 17 Oktyabr 2024 20:33 Oxunub 1362
Yardımlıda müəllimlə müdirin əlbəyaxa davası ilə bağlı açıqlama - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bir neçə gün əvvəl Yardımlı rayon Bürzünbül kənd tam orta məktəbinin fiziki tərbiyə müəllimi Cəlil Zabidov və bu rayonun təhsil sektorunun müdiri Kamal Təhməzov arasında insident baş verib. Avtosfer.az “Bizim.media”ya istinadən xəbər verir ki, müəllim sektor müdirinin xidməti otağına daxil olaraq videoçəkiliş aparıb və onu müxtəlif qanunsuzluqlara yol verməkdə ittiham edib.

Hətta tərəflər arasında münaqişə əlbəyaxa həddinə çatıb.

Məsələ ilə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsindən bildirilib ki, C.Zabidov əsasən adıçəkilən təhsil müəssisəsində əyani vəsaitlərin verilməməsi ilə bağlı iddia irəli sürüb.

"Dərslik və metodiki vəsaitlər fiziki tərbiyə fənni üzrə təhsil proqramı (kurikulum) əsasında hazırlanaraq, Elm və Təhsil Nazirliyi tərəfindən müəllim və şagirdlər üçün təqdim olunan "video.edu.az", "trims.edu.az" və "e-dərslik.edu.az" platformalarında yerləşdirilir. Artıq Zabidovun səsləndirdiyi digər iddialarla bağlı aparılan araşdırma Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən nəzarətə götürülüb. Həmçinin hadisənin kobudluq formasında baş verdiyi, icazəsiz videoçəkiliş hüquq-mühafizə orqanlarında araşdırılacaq".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh