Yasamalda 3 nəfərə 1 “Mercedes” oğurlayan şəxslər saxlanıldı - FOTO - VİDEO

Hadisə 11 May 2024 10:27 Oxunub 508
Yasamalda 3 nəfərə 1 “Mercedes” oğurlayan şəxslər saxlanıldı - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakının Yasamal rayonunda vətəndaşlardan birinə məxsus “Mersedes” markalı avtomobil qaçırılıb.

Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Yasamal Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində əməli törədən paytaxt sakinləri Nurlan Cəlilov, Vüsal Dadaşov və Emil Əliyev saxlanılıblar. Onların oğurladıqları avtomobili satmaq istədikləri müəyyən olunub.

Nəqliyyat vasitəsi saxlanılanların gizlətdikləri ünvandan tapılaraq sahibinə təhvil verilib.

Faktla araşdırma aparılır.

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh