Yasamalda ağaclar kəsildi - İş hüquq-mühafizə orqanlarına göndəriləcək
Hadisə
22 İyul 2024 15:56
Oxunub 370
Bakının Yasamal rayonunun Mirəli Seyidov küçəsində bir neçə ağac kəsilib.
Bu barədə Avtosfer.az-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən bildirilib.
Bildirilib ki, faktla bağlı akt tərtib olunub və təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış sənədlər hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR