Bakının mərkəzindəki yanğın söndürüldü - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Yasamal rayonu, Vidadi küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.
Avtosfer.az xəbər verir kİ, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində taxta konstruksiyalardan ibarət hər mərtəbəsi 60kv.m. olan ikimərtəbəli yaşayış evinin ikinci mərtəbəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən bitişik evlərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində yaşayış evinin ikinci mərtəbəsinin yanar konstruksiyaları yanıb.
Evin birinci mərtəbəsi və bitişik evlər yanğından mühafizə olunub.
***16:06
Bakıda yaşayış evində baş verən yanğının təfərrüatı məlum olub.
Yasamal rayonu, Vidadi küçəsində yaşayan 1941-ci il təvəllüdlü Esmiralda Mikayıl qızı Əliyevaya məxsus evdə baş verən yanğına səbəb şam olub.
Belə ki, ev sahibi mənzilində şam yandırıb və həmin şamı yana-yana çarpayının altına qoyub yatıb.
Şamın alovundan mənzildəki yataq dəsti alışıb və alov evi bürüyüb. Hadisə nəticəsində iki otaqlı taxta konstruksiyalı mənzil tamamilə yanıb. Qonşuların köməyi ilə ev sahibi xilas edilib.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür./oxu.az
***15:41
Paytaxtın Yasamal rayonu ərazisində güclü yanğın başlayıb.
Avtosfer.az xəbər verir ki, Nəriman Nərimanov prospektinin yaxınlığında - “Sovetski” adlanan ərazidə açıq alovla müşayiət edilən yanğın müşahidə olunur.
Hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb edilib.
Əlavə məlumat veriləcək.
Mina partlayışında həlak olan Muğan musiqi müəllimi imiş - VİDEO
Əhməd Rəcəbli küçəsində yol çökdü, təhlükəli vəziyyət yarandı - FOTO
Murad Arifin musiqiçilərinin maşınını sel apardı - VİDEO
Evlərdən bu yolla 25 minlik oğurluq edibmiş - VİDEO
“Vüsal Şilderin qardaşını da öldürmək istəyirdilər“ - Qətli hansı məmur sifariş edib?
Vüsal Şilderin qətlinin sifarişçisinin FOTOsu
Motosiklet sürücüsü sərnişinin saçını dartdı; ölümdən son anda xilas oldular – ANBAAN VİDEO
Neft Daşlarının yaxınlığında balıqçı batdı: Helikopter cəlb olundu - VİDEO
İsmayıllıda taksi sürücüsünə qarşı quldurluq - Şübhəlilər Bakıda tutuldular
Avtobusun önündən yola atılan gənc qız faciədən son anda qurtuldu - VİDEO
Minaya düşərək həlak olan ANAMA əməkdaşının FOTOsu - YENİLƏNİB








